Obyektiv.info
 Valyuta məzənnəsi

Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama

Tarix:11-08-2020, 21:59

Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama


Xəbər verdiyimiz kimi avqustun 10-da gündəlik yoluxanların və ölənlərin sayı xeyli aşağı düşüb. Belə ki, 79 nəfər kornavirusa yoluxub, 278 nəfər sağalıb, 2 nəfər isə ölüb. Əgər yoluxanların sayı bu cür azalma ilə davam edərsə bu həftə iri ticarət mərkəzləri, açıq kafe və restoranlar açıla bilərmi? Bununla bağlı danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edərsə bir sıra digər yumşalmalara gedilə bilər:

"Əlbəttə bu yumşalma tədbirləri məqsədli şəkildə olmalıdır. Yumuşalmaya gedilməsi üçün də mütləq qoruyucu tədbirlər hazırlanmalıdır. Çünki bu tədbirlər sistemi işlənib hazırlanmasa və qoyulan qaydalara insanlar tərəfindən əməl edilməsə yoluxanların sayının artması müşahidə oluna bilər. Məsələn, son vaxtlar çimərliklərdə sıxlıq müşahidə olunur. Mən də dünən çimərliyə getmişdim. Çimərliklərdə insanlar çox sıxdır. Bu sıxlığın olması yoluxanların sayını artıra bilər. Bu mövqeyi nəzərdə insanlarımız da yoluxmanın sayının artmaması üçün qaydaların riyaət edilməsinə nəzarət etməlidir. Harada insanların sıxlığı varsa oradan qaçmaq lazımdır. Bu kütləvi toplaşma ilə həm özümüzü həm də digər vətəndaşlarımızı təhlükə altında qoyuruq". (Sonxəbər)

Oxunub: 53



XƏBƏR LENTİ