Obyektiv.info
 Valyuta məzənnəsi

Karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA

Tarix:12-08-2020, 16:25

Karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA

“Karantin rejimində yenidən sərtləşmələr ola bilər”.

Bunu konkret.az-a çıqlamasında avqustun 11-də yoluxanların sayının artmasını şərh edən deputat Fazil Mustafa bildirib.

Milli Məclisin üzvü deyib ki, çox güman ki, karantin rejimi yenidən sərtləşməyə gedəcək:

“Çünki çimərliklərdə və digər yerlərdə insanlar kütləvi toplaşırlar. Hamı ağız-ağıza söhbətləşir. Özlərini elə aparırlar ki, elə bil heç bir problem yoxdur. İnsanlar sanki koronavirus pandemiyası bitmiş kimi davranırlar. Belə bir düşüncəylə məsələyə baxış var. Düzdür, problemin mahiyyətini anlayan insanlar da kifayət qədərdir. Amma onların özlərinə zərər vurulur, çünki hər adama da demək olmur ki, çox yaxın durma. Kiməsə bu sözü deyən də bəzən olur ki, hətta inciyir. Bəziləri əvvəl deyirdi ki, bu xəstəlik boş şeydi, koronavirus yoxdur. Bu gün isə deyirlər ki, artıq bu xəstəllik keçib gedib, heç nə olan deyil”.

Karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA

Fazil Mustafa fikrini belə tamamlayıb:

“Bu iki cahil düşüncənin girovuna çevrilmişik. Ona görə də istər avtobusda, istərsə də başqa qapalı məkanlarda maska taxmamaqla, sosial məsafəni gözləməməklə həqiqətən də özləri ilə yanaşı insanlar digər vətəndaşlara da zülm verirlər. Maarifçiliklə də bu problemi aradan qaldırmaq mümkün deyil”.

Oxunub: 77



XƏBƏR LENTİ