Obyektiv.info
 Valyuta məzənnəsi

Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun “Bilik Günü” münasibəti ilə təbrik

Tarix:15-09-2020, 13:30

Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun “Bilik Günü” münasibəti ilə təbrik



Əziz müəllim və şagirdlər, məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri!
Sizi 15 sentyabr “Bilik günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, təhsildə və təlim-tərbiyə işlərində müvəffəqiyyətlər arzulayıram.
Bu ilki bilik günü hər birimiz üçün fərqli oldu. Bildiyiniz kimi bütün dünyanı öz ağuşuna almış koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi. Ancaq Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığı ilə vaxtında görülən tədbirlər nəticəsində itkilərimiz az oldu.
Əziz müəllimlər və şagirdlər!
Bildirmək istəyirəm ki, Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli təhsilimizə müntəzəm olaraq diqqət və qayğı göstərilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.
Bir daha Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, hər birinizi Sizi əhatə edən insanların sağlamlığına diqqətli olmağı, verilən qərar və tapşırıqlara düzgün əməl etməyi tövsiyə edirəm.
Yeni dərs iliniz mübarək!

Oxunub: 118



XƏBƏR LENTİ