Obyektiv.info
 Valyuta məzənnəsi

İkinci dalğa gələrsə: - Azərbaycanda koronavirus xəstəxanalarında boş yer var?

Tarix:24-09-2020, 15:38

 İkinci dalğa gələrsə: - Azərbaycanda koronavirus xəstəxanalarında boş yer var?

Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb. Pandemiyanın payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar bəzi ölkələrdə öz təsdiqini tapır.

ABŞ, Gürcüstan, Türkiyə, İtaliya, İspaniya, Estoniya, Ermənistan, Kanada və Hindistanda hələ də güclü olan epidemiya ilə mübarizə davam edir. Hətta bəziləri virusun yayılmasına nəzarət etsələr də, “ikinci dalğa” ilə üzləşiblər. Bir sözlə, yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən aktivləşmə qeydə alınıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım var. Rəqəmlərin azalma və artma dinamikası tez-tez dəyişir.

Bu baxımdan, yaxın gələcəkdə xəstə sayının artacağı və ya azalacağı haqda konkret fikir söyləmək mümkün deyil. Amma mütəxəssislər mövsümü qripin yayılacağı bir vaxtda, yəni payız aylarında koronavirusa yoluxma tempində artım olacağını ehtimal edirlər. Bəziləri hətta Azərbaycanın da ikinci dalğa ilə üz-üzə qalacağını istisna etmirlər.

Maraqlıdır, koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaların hazırki durumu nə yerdədir? Hazırlıq vəziyyətinə gətirilibmi? Xəstəxanaların neçə faizi doludur? Avqust ayında istirahət üçün məzuniyyətə göndərilən tibb işçiləri geri qayıdırmı?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya bildirib ki, xəstəxanalarla bağlı hər hansı problem yoxdur: “İkinci dalga barədə konkret proqnoz verilə bilməz. Amma ümumilikdə xəstə sayının azalması və çarpayı saynın artırılması tədbirləri nəticəsində problem yoxdur. Xəstəxanaların hazırda neçə faizinin dolu olmasını isə işdə olmadığım üçün deyə bilməyəcəyəm”.

Oxunub: 47



XƏBƏR LENTİ