Obyektiv.info
 Valyuta məzənnəsi

Meyxanaçının müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

Tarix:9-02-2019, 12:26

Meyxanaçının müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü
Heydər Əliyev Fondu meyxanaçı Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

obyektiv.info-ın məlumatına görə, ifaçının bir aydır səhhəti daha da pisləşib, 2 həftə əvvəl isə ayaqları tutulub. Maddi imkanları çatmadığı üçün ailəsi meyxanaçını xəstəxanadan evə gətirməli olub.

Ötən gün Ağakərimin oğlu "Hər şey daxil" verilişinə zəng vuraraq atasının müalicəsinə pulları olmadığını söyləyib.
Heydər Əliyev Fondu isə Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin martında Ağakərim insult keçirib.
Oxunub: 137



XƏBƏR LENTİ