Obyektiv.info
 Valyuta məzənnəsi

"İstəyərəm ki, evə gələndə gəlin qarşıma bir stəkan çay qoysun"

Tarix:21-01-2020, 10:17

"İstəyərəm ki, evə gələndə gəlin qarşıma bir stəkan çay qoysun"

Mənə sual verəndə özümə uyğun şəkildə cavab verirəm. Sənət yoldaşlarım haqqında pis fikirdə deyiləm. Kiməsə atmaca atmaq və ismarıc yollamaq xarakterimə uyğun deyil.

Bunu Əməkdar artist Elnarə Abdullayeva obyektiv.info-ın əməkdaşı ilə söhbətində deyib.

Qalmaqallı fikirləri və cəsarətli çıxışları ilə gündəmə gələn sənətçi işlətdiyi kəlmələrə görə heç vaxt peşmanlıq hiss etmədiyini söyləyib:

“Hər bir insanın bir baxış pəncərəsi var dünyaya. Hərənin öz düşüncəsi var. Mən danışanda heç kimin haqqında danışmıram ki, sonra da söylədiyim sözə görə peşmanlıq hiss edim. Bu məsələdə olduqca rahatam”.

“Övladıma incəsənət aləmindən qız almaram” fikirləri ilə gündəmə gələn E.Abdullayeva bu mövzunu yenə də müzakirə olunacaq fikirlər səsləndirib:

“Fikirləşmirəm ki, “övladıma incəsənət aləmindən qız almaram” ifadəsi kiminsə xoşuna gələcək və ya qəzəbinə səbəb olacaq. Sözlərim bir çox sənət nümayəndələri tərəfindən tərifləndi. Axı sən haradan bilirsən ki, mən bu sözləri hansı prizmadan çıxarış edib, nəyə görə deyirəm? Siz axı mənim bu fikirlərimi niyə pis istiqamətə yozursunuz? Mən istəyərəm ki, evə gələndə gəlin mənim qarşıma bir stəkan çay qoysun. Təsəvvür edin ki, gəlinlə qayınana ikisi də bir yerdə toydan evə gəlirlər (gülür)”

“Gələcək gəlininiz sizinlə qalacaq?” sualına isə Əməkdar artistin cavabı birmənalı olub:

“Yaxşı pulum olsa, evlərim olsa, oğluma aldığım qızı (gəlini) başqa evə aparacağam”.

Oxunub: 203



XƏBƏR LENTİ