Obyektiv.info
 Valyuta məzənnəsi

Baku TV rəhbərliyi Mələk Heydərovani işdən çıxarıb

Tarix:6-07-2020, 11:21

Baku TV rəhbərliyi Mələk Heydərovani işdən çıxarıb


Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.

Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.

İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.

Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb.

Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.Baku TV rəhbərliyi Mələk Heydərovani işdən çıxarıb

Oxunub: 108



XƏBƏR LENTİ
Hər ay 9500 manat rüşvət verən Elman Məmmədov yenə də köhnə əməllərini davam etdirir
İlham Əliyev: “Bu il rekord sayda məcburi köçkün ailəsi evlə təmin olunacaq”
Cəbhədə bu gecə nə baş verib? - RƏSMİ
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Fuad Əliyevdən iki nazirə çətin sual.
Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
"190 manat birdəfəlik ödəmənin verilməsi bundan sonra da davam etdirilməlidir" - Prezident
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kantankt Home” – da karantin rejiminin pozmasından yazdı
BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz savaşı - Nadir Qarayev nazir müavinini Elman Piriyevlə üz-üzə qoymaq istəyir?
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...
Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR
Azərbaycanda nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi
park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Donald Trump TikTok-la razılaşma olmayacağı halda onu qadağan edə bilər