Obyektiv.info
 Valyuta məzənnəsi

Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR

Tarix:5-08-2020, 05:27

Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR

Vətənpərvər mahnıların gözəl ifaçısı, tanınmış pop-estrada müğənnisi Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır.

Bu barədə Newscenter.az-a məlumat verən müğənni bildirib ki, "Biri var" adlı mahnının klip çəkilişlərinə gələn həftədən etibarən start veriləcək: "Həmin mahnının sözü və musiqisi Ramil Sadiqə aiddir. Maahnının oronjemanı isə Şahin Əhmədovdur"

Aygün Aydın deyib ki, bundan başqa vətənpərvərlik mövzusuna aid olan Qarabağ mahnısı oronjemana verilib:

Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR


"Mahnı hazır olduqdan sonra ona da klip çəkiləcək. Klipdə Vətənini, sevgilisini həddən artıq sevən bir xanımın şəhid olması canlanacaq. Klip çəkilişləri ilə yanaşı eyni mövzuda 30 dəqiqəlik bir film də çəkməyi düşünürük. Filmin isə təkcə Azərbaycan deyil, Azərbaycandan kənarda da yayını nəzərdə tutulur ki, bütün dünya Ermənistanın işğalçı, təcavüzkar siyasətindən bəlli olsun".

Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR

Müğənni bildirib ki, sözügedən mahnının sözləri DJB saytının rəhbəri, jurnalist Almaz İlahəyə, musiqisi isə Murad Zeynala məxsusdur. Mahnı Şahin Əhmədov tərəfindən oranjeman edilib.

NEWSCENTER.AZMüğənni Aygün Aydın yeni klip çəkilişlərinə hazırlaşır-FOTOLAR

Oxunub: 205



XƏBƏR LENTİ