Xaçmazda uçan körpü neçə günə bərpa ediləcək? - AÇIQLAMA

Bölgə
15-09-2023, 15:24
10


“Körpünün qəzalı olması mümkün deyildi”.
Bunu Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsünün uçması ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, sel nəticəsində körpünün sutənzimləyici qurğularında zədə olub. Həmin qurğu 2019-cu ildə təmir olunub.
S.Məmmədov, həmçinin bildirib ki, körpünün bərpası 10 gün müddətinə mümkün olacaq.
Ətraflı Baku TV-nin süjetində: