Bakıda restoranda yanğın olub

Hadisə
16-09-2023, 11:29
11


Bakıda restoranda yanğın olub.Obyektiv.info FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 450 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) girişində ümumi sahəsi 45 m² olan talvarın şüşə-pambıq üzlüyü 4 m² sahədə yanıb.
Talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.