Məhəmməd Əlinin nəvəsi ilk döyüşündə nokautla qalib gəldi

Məhəmməd Əlinin nəvəsi ilk döyüşündə nokautla qalib gəldi


Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolş ilk peşəkar döyüşünə çıxıb.

Qol.az xəbər verir ki, 21 yaşlı idmançı amerikalı Cordan Uikslə qarşılaşıb. Niko rəqibini 1-ci raundda texniki nokautla məğlub edib. Ona bunun üçün 70 saniyə bəs edib.

Uolş qələbəsini 2016-cı ildə vəfat edən babası Məhəmməd Əliyə həsr edib.