Ermənilər Ağdam-Xankəndi yolunun açılmasını qəbul etdi

Siyasət
23-08-2023, 09:19
123


Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan dünən qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrinin məlumatında bildirilib.
Arayik Arutyunyan bu qərar barədə ətraflı məlumat verməyib.
Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa Şurasının sədri Şarl Mişel Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa humanitar dəhliz verməsi təklifini alqışlamışdı. Bu məsələ BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə keçirilən iclasında da müzakirə edilib.