Qarabağ Qazisi Əbilov Araz Şamxal oğlu ölümlə üz-üzə...

Sosial / Araşdırma
30-07-2023, 18:56
187


Xeyli zamandır Xətai rayon ərazisində Hacı Zeynalabdin Tağıyev adına Tikiş Fabrikində qanunsuz aparılan söküntüyə bir sıra fəhlə cəlb edilib. Qeyd edək ki hazırda söhbətin açaxağımız mövzu ilə bağlı artıq XƏTAİ RAYON 36-CI POLİS BÖLMƏSİNDƏ MƏSƏLƏ İLƏ BAĞLI ARAŞDIRMA APARILIR. QEYRİ İŞ GÜNÜ OLDUĞUNDAN MƏSƏLƏ İLƏ BAĞLI ƏTRAFLI MƏLUMAT ALA BİLMƏDİK. LAKİN JURNALİST ARAŞDIRMASI APARARAQ QEYD EDİLƏN FABRİKDƏ OLDUQ. Bir çox məsələnin təfərüatını isə müəssisə mühafizəsin təşkil edən yaşlı dayıdan aldıq. Çingiz, Ziya və Araz üçün Fabrik rəhbərinin tapşırığı əsasında zavodun daxilində söküntü aparılması tapşırığı verilmişdir. Hər üç şəxs Qarabağ döyüşlərində birgə döyüşmüş lakin həyatın acı taleyi onların elə birgə fəhlə işləməsinədə gətirib çıxarmışdır.

Qeyd edək ki, 29.07.2023-cü il tarixində söküntü aparılan Tikiş Fabrikinin daxilində hadisə baş verib. Hadisə zamanı qazilərdən biri Əbilov Araz Şamxal oğlu söküntü ərazisinin 4-cü mərtəbəsindən yıxılması məlumatı verilib. Qazinin yıxılaraq xəsarət aldığı və 2 saat sonra 1 saylı Bakı şəhər xəstəxanasına (şemoşka) gətirilmişdir. Qazi A.Əbilovun səhhətinin kəskin ağır olması səbəbindən həkimlər heç bir əlac edə bilməyiblər. Bundan sonra Qazi həkimlərin məsləhəti ilə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Qazinin ailə üzvlətindən aldığımız məlumata görə hazırda Araz Əbilovun səhhəti ağır olduğundan qarşıdakı 3 gün müddətdə müşahidə ilə yanaşı ciddi müalicə aparılacağı bildirilib.

Lakin ailə üzvləri məsələnin baş verdiyi yerdən qazini qapısında fəhlə işlədən Fabrik direktorunun iki gündü qazi ilə maraqlanmaması çox ciddi şübhələr doğurub. Onunla işləyən Çingiz adlı şəxslədə əlaqə saxladıq. Lakin onun bildirdiyinə görə Əbilovun səhhəti ilə tam təşəbüslü olaraq onların kamandiri Tahir maraqlanır. Onunla əlaqə saxlamağımızı məsləhət görən bu şəxsin danışıqları müəmmalı idi. Şəxs qazinin yaxınlarına onun müalicəsi üçün polisə izahat verdikdən sonra basqa özəl klinikalara köçürülməsi üçün lazım olan məbləğin götürüb gələcəyin qeyd edib və bundan sonra gün ərzində Çingiz adlı bu şəxs ailə üzvlərindən gələn zənglərə cavab vermədiyi kimi xəstəxanaya yaxında düşməyir. Ancaq kamandirimiz tapşırıb Tahir müəllim deyib hamıya tapşırıb deyə danışmaqla kifayətlənib. Hal hazırda Qazinin vəziyyəti ağırdır. Məsələ ilə bağlı araşdırmamız davam edir. Kimin hansı məqsədlə bu cür ağır cinayətin üstün ört basdır etdirmələri hələki bizə məlum deyil.
Hazırda qazi RDM-də ağır halda yerləşdirilib və həkim nəzarətindədir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Bizi izləməyi unutmayın.